Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Prezidentin imzaladığı sərəncama əsasən bir çox sənətkar və tanınmış incəsənət xadimləri müxtəlif fəxri adlara layiq görülüblər.
Onlar arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, xanəndə Teyyub Aslanov da var. Muğam ifaçı SİA-ya açıqlama verərək, "Xalq artisti" fəxri adına layiq görüldüyü üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirib: "Cənab Prezident İlham Əliyev məni və dəyərli sənətkarlarımızı fəxri adlara layiq gördüyü üçün qürur hissi keçirirəm. Buna görə Cənab Prezidentə sonsuz təşəkkürlərimi bildirirəm. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin yolunu davam etdirir. Ölkə başçısı Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına xüsusi diqqət yetirir, sənət adamlarına böyük qayğı göstərir. Ölkəmiz Prezidentin rəhbərliyi altında mühüm uğurlar qazanır. Ölkə başçısının apardığı uğurlu siyasət nəticəsində Azərbaycan mədəniyyəti daha da inkişaf edərək, dünya sivilizasiyasında öz layiqli yerini tutub. Dövlətimizin mənə göstərdiyi bu etimad, layiq görüldüyüm "Xalq artisti" fəxri ad mənə həvalə olunan böyük məsuliyyət hissi deməkdir. Bundan sonra da yaradıcılığımla Azərbaycanın adını yüksəklərə qaldırmaq və ölkəmizin uğurlarını daha da artırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub