Bu gün xalq artisti Hacıbaba Bağırovun doğum günü idi. 
Mynews.az-ın məlumatına görə, Yenicag.az-a açıqlama verən əməkdar artist, tanınmış aktyor Novruz Qartal sənət dostunu yad edib:
“Hacıbaba ilə uzun illər dost olmuşuq. Sirrimiz, sözümüz bir olub. Rəhmətlik çox şirin insan idi. Xüsusən də, xanımlar onu çox sevirdi, ölürdülər ondan ötrü. Hərdən zarafatla deyirdim ki, bu qadınlar səndə nə tapıb e, qız olsaydın, bu sir-sifətlə ömür-billah evdə qalardın. Zarafatımdan hirslənirdi. Özünün də iki hobbisi vardı: qadınlar və gözəl geyinmək. Beş arvadı olub, hamısı ilə də nikah kəsdirib. Bir xanımı rus olub, qalanları azərbaycanlı. Rus qadından dünyaya gələn oğlu elə bil atası ilə bir almanın yarısıdır. Çox oxşayırlar. Həyat yoldaşları da hamısı ziyalı qadınlar idi. Hacıbaba kişi kimi xoşbəxtliyini sonuncu həyat yoldaşı Arzuda tapdı. Çox qəribədir ki, o boyda sənətkar ölümdən çox qorxurdu. Mənə deyirdi ki, ölümü heç cür təsəvvür edə bilmirəm. Yaşamaq həvəsi çox güclü idi. Yeni evlilik, dünyaya gələn qızı Şölə onu yaşamağa ruhlandırırdı”.
Cəvahir

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub