Qazaxıstanın paytaxtı Astana şəhərinin 20 illik yubileyi şərəfinə «Voice of Astana» (Astananın səsi) I beynəlxalq estrada musiqi müsabiqəsi keçirilib.
Mynews.az AzərTac-a istinadən xəbər veirir ki, Qazaxıstan Mədəniyyət və İdman Nazirliynin təşkilatçılığı ilə hər il keçiriləcək dünya səviyyəli müsabiqənin yekun nəticələri açıqlanıb.
Beynəlxalq müsabiqədə Azərbaycanın təmsilçisi əməkdar artist, opera sənətçisi İlham Nəzərov 3-cü yeri qazanıb. Birinci turda İlham Nəzərov Toleqen Muxametjanovun Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sözlərinə bəstələdiyi “Astana mənim şəhərim” (qorod moy Astana) mahnısını ifa edib.
Müsabiqəyə Azərbaycan, İtaliya, Böyük Britaniya, Çin, Gürcüstan, Tatarıstan, Hindistan, Rusiya, Bolqarıstan, İsrail, Özbəkistan, Qırğızıstan, Estoniya, Türkiyə və Qazaxıstandan iştirakçılar qatılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub