Azərbaycan və Avropa Birliyi (AB) arasında tərəflərin bərabərhüquqlu və qarşılıqlı şəkildə faydalı əməkdaşlığına əsaslanan dialoq uzun müddətdir aparılır.
Mynews.az xəbər verir ki, bu fikirləri “RİA Novosti” agentliyinə müshaibəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Onun sözlərinə görə, ötən günlərdə Brüsseldə Avropa Birliyi liderləri ilə keçirilən təmaslar belə yanaşmanın düzgünlüyünü və əsasını göstərir.
“Proses doğru istiqamətdə inkişaf edir və bu, iki böyük tərəfdaş olan Azərbaycan və Avropa Birliyini “böyük sazişə” doğru aparır”.
Bakı ilə Avropa Birliyi ölkələri arasında vizasız rejimin tətbiqinin mümkünlüyü ilə bağlı sualı cavablandıran Məmmədyarov deyib ki, Azərbaycan artıq AB ilə sadələşdirilmiş viza verilməsi mexanizminə malikdir:
“Bu sahədə qarşılıqlı fəaliyyət uğurla inkişaf edir və hər iki tərəfin maraqlarına cavab verəcək bir səviyyəyə çatacaq”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub