Məşhur “Təhminə” filminin serialı çəkilir.
Mynews.az-ın məlumatına görə, bu haqda xəbəri ekran işində rol alacaq aktyorlar yayıb. Artıq hazırlıqları tamamlanan serialın çəkilişi bir neçə günə başlayacaq.
Yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı əsasında çəkilən “Təhminə və Zaur”un rejissoru Sain Qəhrəmandır. Ekran işində Təhminə obrazını Natavan Ələkbərova, Zauru Cövdət Şükürov, Spartakı Cavidan Novruz canlandıracaq.
C.Novruz bikldirib ki, bu ekran işi üçün 19 kiloqram çəki atıb.
Cövdət isə “Fəxrəddin Manafovdan sonra Zaur obrazını canlandırmaq həm böyük məsuliyyət, həm də fəxrdir” sözlərini söyləyib.
Natavan “Böyük məsuliyyətli bir işdir, möhürü vurulan filmin serialında baş qəhrəman olmaq. Tamaşaçılar bizi tərəf müqabili kimi çox yaraşdırırdı, ona görə də yenidən bizi bir araya gətirənlərə minnətdarıq” deyə, açıqlamasında deyib.
Serialda eyni zamanda əməkdar artist Firdovsi Atakişiyev, aktyor Kazım Abdullayev, aktrisa Nərgiz Əliyeva və başqaları da yer alacaqlar.
“Təhminə və Zaur” serialı yeni televiziya mövsümündə ATV-də efirə gedəcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub