Tanınmış teatr rejissoru və aktyor Ədalət Ziyadxanov vəfat edib.
Mynews.az xəbər verir ki, bu barədə aktyor Elxan Rza “Facebook” hesabında məlumat verib.
Qeyd edək ki, Ədalət Ziyadxanov ötən il ruhi xəstəxanaya yerləşdirilmişdi.
Onu da əlavə edək ki, rejissor 1946-cı ildə Bakıda anadan olub. Əvvəllər Şəki Teatrında rejissor, Ağdam Teatrında baş rejissor işləyib. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb.
Mədəniyyət və İncəsənət Universitetində sənətşünaslıq fakültəsində “ədəbi yaradıcılıq” ixtisası üzrə dərs deyib. Ziyadxanovun Bakı Bələdiyyə Teatrında səhnələşdirdiyi Aqşin Babayevin “Oğul” əsəri “Dərviş” mükafatına layiq görülüb.
Tamaşalarının böyük bir hissəsi Azərbaycan televiziyasının qızıl fondundadır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub