Xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva “Bizimləsən” verilişinin qonağı olub.
Mynews.az-ın məlumatına görə, aktrisa yaşadıqlarından bəhs edib. “Toppuş bacı” ləqəbi ilə tanınan Tünzalə hər şeyin səbəbinin arıqlamaq üçün etdirdiyi əməliyyatlar olduğunu deyib:
“Bu xəstəlik 5-6 ildir var imiş. Amma son günlər yemədiyim üçün, imunitetim düşdü və xəstəlik irəlilədi. Hər gün yeməliyəm ki, kökəlim. Amma hər gün arıqlayıram. İndi 80 kiloqram olmuşam. Yeyə bilmirəm, mədəm yoxdur. Yumurta, zülal qəbul etməliyəm, olmur. İştah üçün vitaminlər qəbul etməliyəm, o da şişi böyüdür. Çox yeyəndə qaytarıram. Məsələn, bu gün mən bir konfet yemişəm. İmunitetim yoxdur, qanım aşağıdır. Kimyaterapiya da qəbul edə bilmirəm. Hətta həyat yoldaşım deyir ki, gedib süni mədə qoyduraq, arıqlama. Mən hər zaman deyirdim görəsən, nə vaxt çəkim ikirəqəmliyə düşəcək. Düşdü, amma bu cür. Arıqlamaq üçün etdirdiyim əməliyyatlara görə çox peşmanam”.
Tünzalə bildirib ki, valideynləri onun xəstəliyindən xəbərsizdilər:
“Bilmələrini istəmirəm. Sağalmaq istəyirəm, qızım Zəhra balacadır. Onu məktəbə yola salmağı arzulayıram. Amma ömrüm buna yetəcəkmi... Qayınanam mənə çox dəstək olur. Hər dəfə xəstəxanaya gedəndə, qızımı qayınanama tapşırıram”.
Göz yaşlarını saxlaya bilməyən T.Əliyeva müayinə üçün xaricə getməyə hazırlaşdığını söyləyib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub