Mynews.az xəbər verir ki, noyabrın 30-da Gəncə Dövlət Filarmoniyasında ədəbi-bədii musiqili gecə keçiriləcək. Tədbir Azad Azərbaycan Teleradio Şirkəti və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşır. Konsert proqramı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində həyata keçirilir.
Tədbrin ideya müəllifi və təşkilatçılarından biri də tanınmış telejurnalist, professor Etibar Babayevdir: “Müşerref Akay uzun illərdir azərbaycanlı sənətçilərin iştirak edəcəyi proqram hazırlmaq arzusundaydı. Nəhayət TRT Müzik kanalında azərbaycanlı müğənnilərin qonaq olduğu “Əziz dostlar” proqramını gerçəkləşdirə bildik. Azərbaycanın bir çox tanınmış müğənniləri həmin proqramda qonaq oldu. Verilişin davamı olaraq ATV telekanalında “Bir səfərin təəsüratı” adlı proqram ərsəyə gətirdik. Gəncədə keçiriləcək konsertdə əsasən həmin verilişlərdə iştirak edən sənətçilər çıxış edəcək”.
Konsertdə Türk sənət musiqisinin tanınmış siması Müşerref Akay fəxri qonaqdır. Bu barədə o, təəssüratlarını bölüşüb: “Çox həyəcanlıyam. Uzun illər sonar yenidən Gəncədə olmanın həyəcanını yaşayıram”.
Musiqili gecədə Müşerref Akayla səhnəni xalq artist Nazpəri Dostəliyeva, Zakir Əliyev, Elnarə Xəlilova, Ehtiram Hsüeynov, İlkin Əhmədov da bölüşəcək.
Tədbir saat 17:00-da başlayacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub