Aktyor və rejissor Rafiq Əliyev vəfat etdi

Azərbaycanın məşhur aktyor və rejissoru Rafiq Əliyev vəfat edib.
Bu barədə Mynews.az-a R.Əliyevin qohumları bildirib.
Rafiq Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub.
1957-ci ildə Bakıdakı 58 saylı orta məktəbin birinci sinifinə gedib, 1968-ci ildə həmin məktəbi bitirdikdən sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin rejissorluq bölməsinə daxil olub.
1971-ci ildə Qırmızı bayraqlı Qara dəniz Donanmasında hərbi qulluğa çağrılıb və üç il hərbi xidmət edib. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə qəbul olunub, 1970-ci ildə oranı bitirib. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına işə dəvət olunub.
Teatrda çalışdığı 30 ildən artıq dövrdə maraqlı obrazlar qalerayası yaradıb. Bunlardan “Bumbaraş”da Bumbaraş, “Üç muşketyor”da Aramis, “Təmas”da Andrey, “Müsyö Jordan və Dərviş Məstəli Şah”da Hatəmxan ağa, “Buratino”da Karabas-Barabas, “Buraxılış gecəsi”ndə Gena, “Müfəttiş”də Dobçinski, “Keçən ilin son gecəsi”ndə Süleyman, “Quyu”da Akif və başqa obrazları qeyd etmək olar. Aktyorun yaratdığı Akif obrazı 1966-cı il mövsümünün ən yaxşı kişi rolu elan edilib.
1994-cü ildən Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib. Həmin teatrın səhnəsində “Blez”, “Qar qız və yeddi cırtdan”, “Bir dəfə Braziliyada”, “Donaldın qeyri-adi sərgüzəştləri”, “Nəsrəddin”, “Sarıköynək günəşi necə gətirdi”, “Hind fantaziyası”, “Şəhərli kürəkən”, “Krokodil Genanın məzuniyyəti”, “Arzuları gerçəkləşdirən”, “Sirr”, “Çimnaz xanım yuxudadır” əsərlərinə maraqlı quruluşlar verib və bu tamaşalar tamaşaçılar tərəfindən rəğbətə qarşılanıb.
Rafiq Əliyev Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatına layiq görülüb. O, 2005-ci ildə “Humay” ictimai milli mükafatını alıb.
31 iyul 2017-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Allah rəhmət eləsin!
Mədəniyyət
- Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
- "Ruhəngiz Honk-Konqda dünyasını dəyişib" - Bəstəkarlar İttifaqının katibi danışdı
- “Dəyər ver”in növbəti layihəsi Şuşaya həsr olunub - VİDEO
- Aktyor və rejissor Rafiq Əliyev vəfat etdi
- SON DƏQİQƏ: Məşhur filmimizin "Zaur"u evində ölü tapıldı - TƏFƏRRÜAT
- Azərbaycanın xalq artisti VƏFAT ETDİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERİLDİ 1056 dəfə oxunub
- Kəmalə Paşayeva: “Deputat Qənirə Paşayevanın vəziyyəti stabil-ağır olaraq qalır” 1030 dəfə oxunub
- Qənirə Paşayevanın son durumu AÇIQLANDI 1021 dəfə oxunub
- “Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu! 1018 dəfə oxunub
- Bakıda marşrut avtobusu ağır qəza törətdi - Ölənlər var 1015 dəfə oxunub