“Dəyər ver” komandası Azərbaycanın dilbər guşəsi olan Şuşa haqqında layihəyə imza atıb. Böyük şairə, xan qızı Xurşudbanu Natəvana həsr edilən layihə Şuşanın gözəlliyindən bəhs edir. SİA-nın verdiyi məlumata görə, üç dildə (Azərbaycan, rus və ingilis) təqdim olunan mahnını gənc müğənni Rilaya ifa edib. “Şuşa”nın musiqisi Natalya Qonçarovaya, sözləri Zəhra Bədəlbəyliyə məxsusdur. Natiq Muxtarovun rejissorluğu ilə ərsəyə gələn layihənin koordinatoru Zaur Darabzadədir. “Dəyər ver”in növbəti layihəsi “Azərİpək” MMC-nin dəstəyi ilə həyata keçirilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub