Azərbaycanın xalq artisti Rafiq Nəsirov 78 yaşında vəfat edib.
Mynews.az "Trend"də istinadla xəbər verir ki, vida mərasimi bu gün saat 14.00-da "Təzə Pir" məscidində baş tutacaq.
Qeyd edək ki, Rafiq Nəsirov Əliş oğlu 27 may 1947-ci ildə Sabirabad şəhərində anadan olmuşdur. 1954-cü ildə orta məktəbə, 1961-ci ildə isə Politexnik texnikumumun memarlıq fakültəsinə daxil olmuşdur. 1964-cü ildə texnikumu bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdur.
1969-cu ildən C. Cabbarlı adına Azərbaycan kinostudiyasında memar vəzifəsində çalışıb, 1980-ci ildən isə dekorativ qurğular söbəsinə rəhbərlik edib və həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərib.
Allah rəhmət eləsin.

1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub