İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı kollektivi “Qanlı qızıl toy” tamaşasının məşqlərini başa çatdırıb.
Mynews.az-ın verdiyi xəbərə görə, tamaşanın premyerası fevralın ilk ongünlüyündə keçiriləcək.
Tamaşa teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin “Osman və Süsən” əsəri əsasında səhnələşdirilib. Əsərin rejissoru Nicat Qərib, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyev, səhnə tərtibatçısı Məhsəti Eldarovadır.
Şuşanın müdafiəsində qəhrəmanlıq göstərən igidlərimizin xatirəsinə həsr olunmuş əsərdə baş rolları Xalq Artisti Rəfael Dadaşov və Əməkdar Artist Hicran Nəsirova ifa edirlər. Digər rolları isə Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Natiq Həziyev, Rövşən Cəfərov, Əhliman Ərşadlı, Səbinə Cəfərova, Şəbnəm Cəbrayılov və başqaları canlandıracaqlar.
Tamaşanın premyerası Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində keçiriləcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub