Azərbaycanda son illərdə bəzi sahələrdə fəaliyyət göstərən şəxslərə fəxri adların verilməsi dayandırılıb.
Mynews.az Modern.az-a istinadən xəbər verir ki, sözügedən sahələrə jurnalist, müəllim və sənət adamları daxildir.
Belə ki, ölkəmizdə “Əməkdar jurnalist” və “Əməkdar müəllim”, “Xalq artisti” adları sonuncu dəfə 2022-ci ildə, “Əməkdar incəsənət xadimi”, “Əməkdar artist” adları 2018-ci ildə verilib.
Fəxri adların verilməsinin dayandırıldığı rəsmi açıqlanmayıb. Ancaq Mədəniyyət Nazirliyindən bir müddət əvvəl bildirilib ki, qurumun dəsti-xətti ilə son üç ildə heç bir sənət adamına “Əməkdar” və “Xalq” fəxri adları verilməyib.
2023-cü ildə Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru, bəstəkar Emin Sabitoğlunun qızı Ceyran Mahmudovaya “Əməkdar mədəniyyət işçisi” adı verilsə də, bu ad nazirlik tərəfindən irəli sürülməyib.
Dövlət Statistika Komitəsinin 2024-cü il statistikasına əsasən ölkəmizdə 252 nəfər “Xalq” fəxri adına görə, 4 539 nəfər “Əməkdar” fəxri adına görə Prezident təqaüdü alır. “Xalq” fəxri adına görə ayda 200 manat, “Əməkdar” fəxri adına görə ayda 150 manat təqaüd verilir.
Qeyd edək ki, Azərbaycanda bəzi ictimai şəxslər fəxri adların Sovet dövründən qalan bir ənənə olduğunu və onların ləğv edilməsinin vacib olduğunu düşünürlər.
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub