Xocalı qurbanlarının anım günündə Milli Qəhrəman Natiq Qasımovun xatirəsinə həsr olunmuş portret film ictimaiyyətə təqdim olunub.
Mynews.az xəbər verir ki, bu, Mahmud Kaşğari adına Beynəlxalq Fondun Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının əziz xatirəsinə həsr olunmuş silsilə portret filmləri layihəsi əsasında baş tutub.
Layihənin məqsədi gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, gənclərə milli-mənəvi dəyərlərimizin təbliği, Vətənə sevginin ideal nümunəsi kimi şəhidlərin örnək həyatını işıqlandırmaq, kitab səhifələrində, film kadrlarında əbədiləşdirməkdir. Layihənin rəhbəri Milli Məclisin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyevdir.
Filmin ithaf olunduğu qəhrəman Natiq Səlim oğlu Qasımov 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı "Qarabağ şahinləri" batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində döyüşlərdə misilsiz igidlik göstərib.
Natiq müharibə zamanı beş gün təkbaşına mühasirədə qalsa da, ermənilərə müqavimət göstərərək təslim olmayıb. Yalnız ermənilər onu Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra silahını ataraq sığındığı Alban kilsəsindən çıxıb. Lakin son ana qədər əlindəki Azərbaycan Bayrağını ermənilərə verməyib.
Filmdən də göründüyü kimi, Natiq Qasımovun sonrakı taleyi, aqibəti məlum deyil. Bircə bildiyimiz Natiq Qasımovun bir insan ömrünə sığmayacaq mərdlik və cəsurluq nümayiş etdirməsidir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə Natiq Qasımov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub