Əməkdar mədəniyyət işçisi Babək Quliyev vəfat edib.
Mynews.az xəbər verir ki, 70 yaşlı fotoqraf mayın 25-i dünyasını dəyişib.
B. Quliyev uzun illər Mədəniyyət Nazirliyi sistemində fotoqraf, videooperator, nazirliyin Elmi-Metodik Mərkəzinin nəzdində video-foto studiyasının rəhbəri vəzifələrində işləyib. "Azərbaycanfilm" kinostudiyasında fəaliyyət göstərib. 90-cı illərdə Müdafiə Nazirliyində fotoreportyor, hərbi operator kimi çalışıb, cəbhə bölgələrində çoxsaylı çəkilişlər edib. Qarabağ müharibəsi veteranıdır.
2019-cu ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
Qeyd edək ki, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Azər Quliyev mərhumun qardaşıdır. /"Qafqazinfo"
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub