Nizami Kino Mərkəzində “Hoqqa” filminin qala-gecəsi keçirilib. Filmin təqdimatında tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Mynews.az xəbər verir ki, “Dİ” şirkətinin dəstəyi ilə çəkilən filmdə baş rolları Əməkdar Artist Dilarə Əliyeva və aktyor Elməddin Cəfərov canlandırıblar. Eyni zamanda, filmdə rollara Xalq Artisti Cəfər Namiq Kamal, aktyorlar Vüsal Murtuzəliyev, Nahidə Orucova və başqaları da çəkiliblər.
Filmin ssenari müəllifi Fariz Əliyev, rejissoru Cavid Təvəkkül və Səyavuş Hüseynlidir.
Qala-gecədə baş rolun ifaçılarından biri Elməddin Cəfərov filmin bütün kinoteatrlarda nümayiş olunacağını söyləyib.
Kinokomediya tamaşaçıların marağına səbəb olub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub