Aprelin 5-də saat 19.00-da teatrda “Yarımçıq qalmış” tamaşasının premyerası baş tutacaq.
Mynews.az Qafqazinfo.az-a istinadən verdiyi məlumata görə, Y.Abramov və L.Bəyimin “Xəyalpərvər oğlan” əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Ramiq Nəsirov, rəqslərin quruluşçusu Ella Hacıyeva, rejissor assistenti isə Sevda Hacışəmiyeva, mahnıların ifaçısı Çinarə Məlikzadədir.
Bir hissəli psixoloji dramda əsas obrazları Əməkdar Artistlər Leyli Vəliyeva, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Elnur Kərimov, Bəhram Həsənov, Günel Məmmədova, Asya Atakişiyeva, Zemfira Əbdülsəmədova, Elnur Hüseynov, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramil Məmmədov, İlqarə Tosova, Nuriyyə Əliyeva, Eşqin Quliyev, Elgün Yəhyayev, Anar Seyfullayev, Mirzəağa Mirzəyev, Xəyalə Meydanova, Aygün Fətullayeva, Gülbəniz Mustafayeva, Tahir İsmayılov, Ramiq Nəsirov, Feyruz Məmmədov canlandıracaqlar.
Məlumat üçün bildirək ki, tamaşa 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “heykəltəraşlıq” fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub