“Azəbaycanfilm”in ənənəvi layihəsi öz işinə başlayır

745
“Azəbaycanfilm”in ənənəvi layihəsi öz işinə başlayır
“Bizim Kino Günləri” – Mədəniyyət və Turizm Nazirliyi və “Azəbaycanfilm”in ənənəvi layihəsi öz işinə başlayır.
Mynews.az-ın məlumatına görə, Azərbaycan kinosevərlərinə bu layihə artıq 2016-cı ildən tanışdır. İlk layihə Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ümumi işi olub “Bizim Kino Günləri – Audiovizual Məkanda Peşəkarlıq” adlanırdı və Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, kinomuzda yeni tendensiyalar məsələlərinə  həsr olunub. Azərbaycan tamaşaçılarına kinoteatrlarda son iki ildə “Azərbaycanfilm”in istehsalı olan müxtəlif janrlı və mövzulu dörd fərqli film nümayiş etdirilib.
 
“Bizim kino Günləri 2017” də yerli tamaşıçıların görüşünə maraqlı filmlərlə gəlib. Layihə haqqında ətraflı məlumatı maraqlananlar 1 fevral tarixində, saat 16:00-da Nizami Kino Mərkəzində keçiriləcək Mətbuat konfransında ala biləcəklər. 
 
 
 

Xəbər lenti