Aprelin 10-dan mayın 10-dək Bakı şəhərində keçiriləcək ilk Bakı Şopinq Festivalı alış-veriş həvəskarlarının sevdiyi mağazaları özündə birləşdirir.
Mynews.az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, alıcıların həvəslə alış-veriş etdiyi tanınmış "Albatros", "Alexander McQueen", "Bally", "Balenciaga", "Burberry", "Burberry kids", "Chloe", "Corneliani", "Dsquared", "Dolce & Gabbana", "Dolce & Gabbana Junior", "Diesel", "Diane Von Furstenberg", "Emilio Pucci", "Emporium man", "Emporium Young", "Emporio Armani", "Ermenegildo Zegna", "Escada", "Etro", "Fendi", "Giorgio Armani", "Givenchy", "Guess Guess by Marciano", "Gucci", "Gucci Kids", "Hugo Boss", "ISAIA", "Jimmy Choo", "Kiton", "Lanvin", "Pal Zileri", "Ralph Lauren", "Roberto Cavalli", "Marina Rinaldi", "Marni", "Max&Co", "Max&Co 2", "Weekend Max Mara", "Salvatore Ferragamo", "Stella McCartney", "St. John", "Scoop", "Tory Burch", "BISQUE", "Valentino", "Red Valentino", "TODS", "Celio", "Mango", "Next", "Soliton", "Ideal", "MAC", "VIP Avia", "Carlo Pazolini", "La Perla", "Knock Knock Interiors" və "CHELEBI" mağazaları artıq Bakı Şopinq Festivalının rəsmi iştirakçılarıdır.
Adları sadalanan mağazalar xarici turistlərə və Azərbaycan vətəndaşlarına sərfəli şərtlərlə öz mallarını təklif edəcəklər. Bakı Şopinq Festivalı çərçivəsində iştirakçı mağazalarda alıcıları inanılmaz endirimlər gözləyir. Bundan başqa, alıcılar “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri həmin mağazalarda Bakı Şopinq Festivalı zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.
Festivala qoşulan mağazaların sayı hər gün artır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/ linkində tanış olmaq olar. Həmin mağazalar bir ay boyunca müştərilərə endirim və güzəştlər təqdim edəcəklər.
Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə Bakı Şopinq Festivalı boyu iştirakçı mağazalarda alış-veriş etməyə tələsin!
Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.