Brent markalı neftin qiyməti dünən, mayın 2-də 4%-ə yaxın azalaraq 50,14 dollar/barelə enib.
Mynews.az-ın məlumatına görə, “Report” “Vesti”yə istinadən xəbər verir ki, neft qiymətlərinin düşməsinə səbəb Səudiyyə Ərəbistanının ardıcıl üçüncü ay satış qiymətlərinə endirimi artırması amili olub.
Belə ki, “Arab Light” markalı neft son 9 ayın maksimal endirim qiyməti ilə, “Extra Light” və “Super Light” markalı daha yüngül neft markaları isə iyun ayında 0,6 və 0,7 dollar endirimlə satılacaq.
Ekspertlər bildirirlər ki, səudiyyəlilərin başqa çıxış yolu qalmayıb. Çünki İran və İraq Asiya bazarında onların iştirak payını mənimsəməyə başlayıb.
Səudiyyə Ərəbistanının növbəti endirimlə bağlı xəbəri Brent markalı neftin qiymətini 50 dollar/barelə qədər endirsə də, dünən gecə saatlarında ABŞ-da neft və benzin ehtiyatlarının kəskin azalması qiymətlərdə azalmanın qarşısını ala bilib.
Belə ki, ABŞ-da 22-28 aprel həftəsində neft ehtiyatları 2016-cı ildən bu günədək maksimal həcmdə - 4,1 mln. barel azalma göstərib. Benzin ehtiyatlarında azalma isə 2 mln. barelə yaxın olub.
“Report”un analitik qrupu bildirir ki, neft qiymətləri bir qədər də azaldıqdan sonra may ayının 25-də keçiriləcək OPEK-in iclasının vaxtı yaxınlaşdıqca yüksəlməyə başlayacaq.
Lakin proqnozlar göstərir ki, neftin qiymətinin 60 dollar/barel səviyyəsini keçməsi çətin olacaq. Neft qiymətlərinin 47-48 dollar/barelə qədər azalması mümkündür.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub