2016-2018-ci illərdə “Azərenerji” ASC-nin öhdəliklərinin həcmi stabil səviyyədə qorunacaq.
Mynews.az-ın məlumatına görə, bu barədə APA “Fitch” agentliyinin rəsmi veb-saytına istinadən xəbər verir.
“Fitch” hökumətlə “Azərenerji” arasında mövcud olan hüquqi bağlılıqda heç bir dəyişiklik gözləmir:
“Yaxın perspektivdə “Azərenerji”nin özəlləşdirilməsi ilə bağlı hökumətin heç bir planı yoxdur. Hökumət 2009-2015-ci illərdə ASC-nin kapitalına mərhələli şəkildə 970 mln. manat məbləğində yatırım edib.
Yatırımın 47%-i investisiya layihələrinin maliyyələşdirilməsinə yönəlib. Biz dövlət büdcəsi hesabına investisiya layihələrinin maliyyələşdirilməsinin davam edəcəyini proqnozlaşdırırıq.
Bundan başqa, 2011-ci ildə imzalanan fərmana əsasən, şirkətin kapitalına 172 mln. dollar və 204 mln. avro məbləğində yatırım ediləcək ki, bu vəsait xarici öhdəliklərin yerinə yetirilməsinə yönələcək”.
“Fitch” bildirir ki, “Azərenerji”nin SOCAR qarşısında olan vaxtı keçmiş öhdəliyinin yerinə yetirilməsi üçün dövlət zəruri dəstəyini verəcək.
Bununla yanaşı, hökumət “Azərenerji”yə 360 mln. manat məbləğində aşağı faizli kredit ayıracaq ki, bu vəsait vergi ödənişlərinə yönələcək.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub