"Azərenerji" ASC-nin məcmu öhdəliklərinin 70%-i xarici valyutada ifadə olunub, bu səbəbdən dövlət şirkətinin məzənnə dəyişkənliyinə həssaslığı qalmaqdadır.
Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, ASC-nin xarici öhdəliklərinin mütləq əksəriyyəti avro, ABŞ dolları və Yaponiya yenində ifadə olunub. "Şirkətin daxilolmalarının milli valyutada olması məzənnə dəyişkənliyini daha da həssaslaşdırır", - deyə məlumatda vurğulanıb.
"Fitch" açıqladığı rəqəmlərə əsasən, manat devalvasiyaya uğradıqdan sonra "Azərenerji"nin borcu 1,5 mlrd. manatdan 2,4 mlrd. manata çatıb. "Devalvasiyadan sonra hökumət "Azərenerji"nin kapitalına yatırım edib ki, bu vəsait dövlət şirkətinin öhdəliklərini qismən örtüb".
Bildirilir ki, "Azərenerji"nin maliyyə göstəriciləri və likvidliyi zəifləyib. Bunun da əsas səbəb kimi manatın devalvasiyaya uğraması göstərilir. "Devalvasiya xarici borcun artmasına və tariflərin təyin olunmasında balanslaşdırılmamış mexanizmin yaranmasına səbəb olub. Ötən ilin noyabr ayının 16-da təbii qaz tarifləri təxminən 50% artıb. Halbuki elektrik enerjisinin tarifləri ötən ilin iyun ayında 5%, noyabrın sonunda isə əlavə olaraq 33% artıb. "Azərenerji"dən verilən məlumata görə, elektrik enerjisi və qaz tariflərində artım gözlənilmir".
///Apa
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub