İslandiya milli valyutası keçən il ərzində dünya valyutaları arasında dollarla müqayisdə ən çox güclənən valyuta olub.
Metbuat.az bildirir ki, "Bloomberg" agentliyinin verdiyi xəbərə görə, İsland kronu keçən ilin may ayından ABŞ dolları ilə münasibətdə 15%, avro ilə münasibətdə isə 21% bahalaşıb. Agentlik bildirir ki, bu artımın əsas səbəbi kütləvi turist axınıdır. 2016-cı ildə bu Skandinaviya ölkəsini 1,6 milyon nəfər ziyarət edib. Bu göstərici adanın əhali sayını 5 dəfə üstələyir. Bununla belə, 2017-ci ildə 2,4 milyon turistin ölkəyə səfər edəcəyi gözlənilir. Turistləri ilk növbədə Şimal şəfəqi, detoks-turlar, məşhur film və serialların lentə alındığı məkanlar cəlb edir. Belə yerlərdən biri də populyar “The Games of Thrones” serialının səhnələrinin çəkildiyi ölkə şimalında yerləşən Mivatn gölüdür.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub