Azərbaycan Mərkəzi Bankı (AMB) manatın mayın 10-a olan məzənnəsini açıqlayıb.
AMB-dən Mynews.az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi mayın 8-i ilə müqayisədə dəyişməyərək 1,7026 manat olub.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8683 manatdan 1,8544 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0294 manatdan 0,0293 manatadək ucuzlaşıb.
Türkiyə lirəsinin məzənnəsi 0,4818 manatdan 0,4697 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,2068 manatdan 2,2050 manatadək ucuzlaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,6957 manatdan 0,6971 manatadək bahalaşıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub