Qazaxıstanın inkişaf və investisiyalar üzrə sabiq nazir müavini Rahim Oşakbayev ölkəsinin təqaüdçülərinin taleyinə görə narahatdır, hansılar ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) rastlaşdığı iqtisadi problemlər üzündən zərər çəkə bilərlər.
Virtualaz.org bildirir ki, bu barədə o, özünün facebook səhifəsində yazıb.
Rahim Oşakbayevin sözlərinə görə, Qazaxıstanın "Vahid təqaüd yığım fondu" (VTYF) Səhmdar Cəmiyyəti Azərbaycan Beynəlxalq Bankının istiqraz vərəqələrinə 70 milyarddan çox təngə (220 milyon dollar) sərmayə qoyub.
"VTYF aktivlərinin 71,3 milyard təngəsi problemli olmuş Azərbaycan Beynəlxalq Bankının istiqraz vərəqələrinə qoyulub (VTYF-nin investisiya portfeli haqqında 01 may 2017-ci il tarixinə olan haqq-hesabdan belə görünür). Azərbaycan Beynəlxalq Bankı xarici kreditorlardan cəlb edilmiş valyuta öhdəliklərinin icrasını dayandırıb. Beləliklə, pensiya aktivlərinin tamlığının əhəmiyyətli riskləri yarana bilər", - Oşakbaev yazıb.
"Suallar yaranır ki, vətəndaşların pensiya yığımlarının yüksək riskli aktivlərdə (Moody s-un qiymətləndirmələrində ABB-nin kredit reytinqi B1 səviyyəsindədir) yerləşdirməsi və saxlanması haqqında qərarı kim və necə qəbul edib. Görünür, pensiya aktivlərinin səmərəsiz idarə edilməsi problemi ictimai müzakirə mövzusu olmalıdır", - ekspert əlavə edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub