OPEC və kartelə üzv olmayan ölkələr neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı il tarixli Vyana anlaşmasını uzatmaq barədə ilkin razılıq əldə edib.
Mynews.az Report-a istinadən xəbər verir ki, bu açıqlama ilə Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Faleh çıxış edib:
“Düşünürük ki, mayın 25-də Vyanada qəbul olunan qərarın nəticəsi müsbət olacaq. Qrupda tam razılıq əldə olunub”.
Xalid əl-Faleh və Rusiyanın energetika naziri Aleksandr Novak Pekində keçirilən görüşdən sonra birgə açıqlamada bildiriblər ki, mayın 25-də keçiriləcək növbəti sammitdə Səudiyyə Ərəbistanı və Rusiya iştirakçı ölkələrə anlaşmanı 2018-ci il mart ayının sonuna qədər uzatmağı tövsiyə edəcək. Anlaşmada hasilatın azaldılması ilə bağlı kvota isə əvvəlki kimi 1,8 mln. barel/gün qalacaq.
Qeyd edək ki, xəbərin yayılmasından sonra Brent markalı neftin qiyməti 1,5% artaraq 51,6 dollar/barelə yüksəlib. Report-un analitik qrupu hesab edir ki, anlaşmada kvotanın artırılmaması neft qiymətlərinin 60 dollar/barel səviyyəsini keçməsinə imkan verməyəcək və Brentin qiymətinin 45-55 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir.
1
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
568 dəfə oxunub
2
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
539 dəfə oxunub
3
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
524 dəfə oxunub
4
Polkovnik faciəli şəkildə öldü
514 dəfə oxunub
5
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
511 dəfə oxunub