Azərbaycan Mərkəzi Bankı (AMB) manatın mayın 16-a olan məzənnəsini açıqlayıb.
Mynews.az xəbər verir ki, AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi mayın 15-i ilə müqayisədə dəyişməyərək 1,7025 manat olub.
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8609 manatdan 1,8715 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0300 manatdan 0,0302 manatadək bahalaşıb.
Türkiyə lirəsinin məzənnəsi 0,4772 manatdan 0,4801 manatadək artıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,1979 manatdan 2,1982 manatadək bahalaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,6972 manatdan 0,6999 manatadək artıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub