SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Ukraine” bu ölkənin Müdafiə Nazirliyi ilə 2,9 min ton və 6,1 min ton həcmdə reaktiv mühərriklər və ya təyyarə yanacağının tədarük edilməsi ilə bağlı iki müqavilə imzalayıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, müqaviləyə əsasən, yanacağın bir tonunun qiyməti 16 min 637,9 qrivna (630,57 ABŞ dolları) və müvafiq olaraq 17 min 500 qrivna (663,25 dollar) təşkil edir.
Məlumdur ki, Müdafiə Nazirliyi bu yanacağı bu ilin mayın 31-nə kimi almalıdır. SOCAR-ın 6,1 min ton yanacağın alınması ilə bağlı birinci lotunda rəqibi “Voyskservis” MMC olacaq.
2,9 min ton yanacağın alınması ilə bağlı ikinci lotda isə Azərbaycan şirkətinin rəqibi “EFG Treqdinq” MMC olacaqlar.
Bununla belə “EFG Treqdinq” şirkəti, həmçinin 4 lotdan ikisinin qalibi olub. Şirkət bir tonuna 16 min 666 qrivna (631,64 dollar) + təşkil edən 6,1 min ton və 16 min 527 (626,37 dollar) qrivna olan 3 min təyyarə yanacağının alınması ilə bağlı razılığa gəlib.
Artıq ölkənin Müdafiə Nazirliyi “EFG Treqdinq” ilə ümumi məbləği 181,5 mln. qrivna təşkil edən müqavilə imzalayıb.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub