Azərbaycan Mərkəzi Bankı (AMB) manatın mayın 22-ə olan məzənnəsini açıqlayıb.
Mynews.az xəbər verir ki, AMB-dən bildirilib ki, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi mayın 19-u ilə müqayisədə dəyişməyərək 1,7023 manat olub.
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8916 manatdan 1,9047 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0296 manatdan 0,0300 manatadək bahalaşıb.
Türkiyə lirəsinin məzənnəsi 0,4709 manatdan 0,4760 manatadək artıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,2054 manatdan 2,2128 manatadək bahalaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,7042 manatdan 0,7027 manatadək azalıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub