Dünya bazarlarında neftin qiyməti bahalaşıb.
Bu barədə Mynews.az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.
Belə ki, London birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 0,80% artaraq bir barelə görə 54,04 dollar olub.
Nyu-York birjasında WTI neftinin bir bareli 0,79% bahalaşaraq 50,73 dollara satılıb.
Qeyd edək ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub.
Həmin ilin dekabrında Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan 2017-ci ilin birinci yarısı üçün ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb.
Müddət bitdikdən sonra alınacaq qərarlar üçün bütün diqqət mayın 25-də OPEC-in Nazirlər Şurasının Vyanada keçiriləcək 172-ci iclasına yönəlib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub