Palata dövlət büdcəsinin icrasına dair rəy verib YENİLƏNİB

669
Palata dövlət büdcəsinin icrasına dair rəy verib YENİLƏNİB

Azərbaycanın 2016-cı il dövlət büdcəsində neft sektorunun payı 54,8% proqnozlaşdırılsa da, icraya əsasən, 52,7% təşkil edib. 

2015-ci il dövlət büdcəsinin icrasına əsasən, neft sektorunun dövlət büdcəsində payı 58,4% olub.

Mynews.az-ın məlumatına görə, “Report” bu barədə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyinə istinadən xəbər verir. 

2016-cı il dövlət büdcəsinin neft gəlirləri 9 mlrd. 225 mln. manat təşkil edib. 

Belə ki, Dövlət Neft Fondundan transfert 7 mlrd. 615 mln. manat, SOCAR-ın vergi ödənişləri 1 mlrd. 252 mln. manat, hasilatın pay bölgüsü üzrə mənfəət vergisi 358 mln. manat olub.

Ötən ilki büdcənin gəlirləri 16 mlrd. 822 mln. manat proqnoza qarşı 17 mlrd. 505,7 mln. manat və ya 104,1% icra edilib. 

Gəlirlər üzrə icra səviyyəsi 2008-ci ildən bəri ən yüksək göstəricidir. Büdcə gəlirlərinin ÜDM-ə nisbəti 29%-ə bərabər olub. Hesabat ilində dövlət büdcəsinin gəlirləri 2015-ci illə müqayisədə isə 7 mln. 714,8 min manat çox olub.

2016-cı ildə dövlət büdcəsinin xərcləri 18 mlrd. 495 mln. manat proqnoza qarşı 17 mlrd. 751,3 mln. manat və ya 743,7 mln. manat az və ya 96% icra edilib ki, bu da 2015-ci illə müqayisədə 33,2 mln. manat və ya 0,2% azdır. 

ÜDM-ə nisbəti ilə götürdükdə büdcə xərclərinin ÜDM-in 29,4%-nə bərabər olub.

Hesabat ilində dövlət büdcəsinin kəsiri 245 mln. 604 min manat təşkil edib. Təqdim olunmuş hesabat və məlumatlarda büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə özəlləşdirmədən daxilolmalar 31 mln. 232 min manat, xarici qrantlar 12 mln. 326 min manat təşkil edib, daxili və xarici borclanmadan daxilolmalar isə 186 mln. 819 min manat göstərilib.

Xəbər lenti