“Azərişıq” böyük zərərdə

709
“Azərişıq” böyük zərərdə

2016-cı ilin sonuna “Azərişıq” ASC-nin aktivləri 2 mlrd. 374 mln. 20 min manata çatıb. 

Mynews.az-ın məlumatına görə, APA dövlət şirkətinin açıqladığı maliyyə hesabatına istinadən xəbər verir ki, ASC-nin aktivləri 2015-ci illə müqayisədə 17,06% və ya 346 mln. 97 min manat artıb.

Aktivlərin 740 mln. 838 min 662 manatı qısamüddətli, 1 mlrd. 633 mln. 181 min 44 manatı isə uzunmüddətlidir. 

Aktivlərin strukturuna nəzər saldıqda məlum olur ki, burada torpaq, tikili və avadanlıqların payı 1 mlrd. 565 mln. 624 min 295 manatdır. 

Şirkətin 678 mln. 77 min 288 manatlıq qısamüddətli debitor borcu var. Hesabat dövrünün sonuna “Azərişıq” şübhəli borcların silinməsi üçün 44 mln. 658 min 221 manat məbləğində ehtiyat yaradıb.

Şirkətin öhdəlikləri ötən il ərzində 51,28% və ya 337 mln. 723 min 586 manat artaraq 996 mln. 301 min 603 manata çatıb.

Hesabat dövründə ASC-nin nizamnamə kapitalı 32,87% və ya 433 mln. 574 min 295 manat azalaraq 885 mln. 633 min 532 manata enib.

Dövlət şirkəti ötən ili 31 mln. 288 min 554,94 manat məbləğində zərərlə başa vurub. 2015-ci ilin sonuna zərərin məbləği 25 mln. 636 min 439,15 manat olub.

Xəbər lenti