Bu gün Azərbaycan Mərkəzi Bankı və Neft Fondunun (SOFAZ) birgə keçirdiyi valyuta hərracında dollar 0,01 qəpik ucuzlaşaraq 1,7020 AZN/USD səviyyəsində formalaşıb.
Mynews.az Fins.az-a istinadən xəbər verir ki, hərraca çıxarılan 35 milyon dollardan 83%-i və yaxud 29 milyon 60 min dolları satılıb. Başqa sözlə, 5 milyon 940 min dollar satılmayıb.
Qeyd edək ki, bundan öncəki hərracda məbləğin 2 mln. 600 min dolları satılmamışdı.
Ümumilikdə may ayı ərzində valyuta hərracında banklara 204 milyon 860 min dollar satılıb.
Hərracda formalaşan ən yüksək kurs 1,7026 AZN/USD (04.05.2017), ən aşağı kurs isə bu gün formalaşan 1,7020 AZN/USD-dir.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub