Mərkəzi Bank bu gün növbəti depozit hərracı keçirəcəyini elan edib.
Mynews.az Fins.az-a istinadən xəbər verir ki, bu dəfə 150 milyon manat məbləğində depozit cəlb etmək nəzərdə tutulur.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 12,01%-14,99% təşkil edir. Depozitlərin müddəti isə 13 gündür.
Qeyd edək ki, depozit hərracları ötən ilin iyun ayında keçirilməyə başlayıb. Əsas məqsəd dövriyyədəki manatın sterilizasiyasıdır.
Xatırladaq ki, mayın 26-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 250 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 649 mln. manat təşkil edib.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub