“SOCAR Turkiye Enerji A.Ş.” (SOCAR-ın Türkiyədəki törəməsi) Türkiyənin şərqində aparılmalı olan geoloji kəşfiyyat işlərindən imtina edib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bunu “SOCAR Turkiye Enerji A.Ş.”-nın baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib.
“Biz seysmik tədqiqatlar və bir sıra digər işlər apardıq. Qeyd edilən ərazidə təbii ehtiyatlar var, lakin bu layihə kommersiya baxımından əlverişsizdir. Buna görə biz geoloji kəşfiyyat işlərinin dayandırılmasına qərar verdik və şirkətin Direktorlar Şurası bu qərarı dəstəklədi. Beləliklə, şirkətimiz Türkiyədə bu biznesdən çıxdı”, - deyə Z.Qəhrəmanov bildirib.
Qeyd edək ki, bundan öncə Türkiyə Energetika və Ətraf Mühit Nazirliyi “SOCAR Turkiye Enerji A.Ş.”-yə Qaziantep, Diyarbakır, Kahramanmaraş, Batman və Adıyamanda geoloji kəşfiyyat işləri aparmaq üçün 5 illik müddət 4 lisenziya verib.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub