Azərbaycan mayda ABŞ-ın Texas ştatının Korpus-Kristi limanına 500 min barel həcmində “AzeriLight” nefti göndərib.
Mynews.az xəbər verir ki, bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.
Onun sözlərinə görə, Azərbaycan neftinin Texasa tədarükü uzun müddət ərzində ilk dəfə həyata keçirilib:
“500 min barel həcmində “AzeriLight” nefti Texasa iki həftə əvvəl çatıb. Bu, 2012-ci ildən etibarən Azərbaycan neftinin həmin ştata ilk tədarüküdür”.
Qeyd edək ki, bu, cari ildə Azərbaycan neftinin ABŞ-a ikinci iri ixrac həcmidir. Belə ki, SOCAR apreldə Ceyhan limanından ABŞ-a 800 min barel həcmində “AzeriLight” nefti tədarük etmişdi.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub