“Sosial evlərə qeydiyyat başladıqdan sonra güzəştli mənzil almaq istəyən vətəndaşlarımızdan qeydiyyatdankeçmə vaxtının onların ev almaq imkanlarına təsirləri ilə bağlı suallar alırıq.
Bəzi vətəndaşlarımız daha qısa zamanda qeydiyyatdan keçməyə çalışırlar. Qeyd edək ki, bu mərhələdə nə zaman qeydiyyatdan keçmək sosial mənzil almaq imkanlarına təsir göstərmir. Belə ki, sosial evlərə elektron müraciətin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur”.
Mynews.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
“Artıq birinci mərhələ başlayıb və bu zaman sadəcə qeydiyyatdan keçmək tələb olunur. İkinci mərhələdə isə qeydiyyatdan keçən vətəndaşlara mənzil seçimi ilə bağlı müraciət ünvanlanacaq.
Məhz bu zaman müraciətə daha tez cavab vermək və mənzili seçmək çox vacib olacaq. Yəni, birinci mərhələdə tez müraciət vacib olmasa da, ikinci mərhələdə “ilk müraciət ilk mənzil” prinsipi tətbiq ediləcək. Bu baxımdan, ikinci mərhələdə mənzil almaq istəyən vətəndaşlarımızın daha tez müraciəti olduqca vacibdir.
Sosial mənzilə sahib olmaq istəyən vətəndaşlarımızın hamısının qeydiyyatdan keçməsinə ehtiyac var. Hər bir vətəndaşın bu hüquqdan bir dəfə faydalanmaq imkanı var.
Eyni zamanda, ilk il iki minə yaxın sosial mənzil təklif edilərsə də, sonrakı illər hər il üç min güzəştli mənzilin satılması nəzərdə tutulur.
Bu isə o deməkdir ki, sosial mənzil almaq üçün indi “Şəxsi kabinet” yaradıb, hətta gələcəkdə bu hüquqdan faydalanmaq olar”, - deyə ekspert yazıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub