USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Güzəştli mənzillər ilə bağlı müraciətlərin sayı açıqlandı

13:38 01.06.2017
Güzəştli mənzillər ilə bağlı müraciətlərin sayı açıqlandı
13:38 01.06.2017

İlk 2 gün ərzində “Güzəştli mənzil” elektron sistemi vasitəsilə ümumilikdə 1032 müraciət qəbul olunaraq qeydiyyata alınıb.

Mynews.az-ın məlumatına görə, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) bildirilib. 

Həmin müraciətdən 423 vətəndaşın müraciəti artıq cavablandırılıb. Müraciətlərin 50%-dən çoxu vətəndaşların özləri tərəfindən “Elektron hökumət” portalında yerləşən “Güzəştli mənzil” sistemi vasitəsilə edilib, qalan hissəsi isə müvafiq “ASAN Xidmət” mərkəzlərində “MİDA” MMC-nin əməkdaşlarının köməkliyi ilə sistemdə qeydiyyata alınıb.

Agentlikdən bildirilib ki, güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətlərinin qəbulu davamlı prosesdir:

“Vətəndaşın hansı tarixdə müraciət edəcəyindən asılı olmayaraq, elektron kabinetə sahib olmuş bütün şəxslər gələcəkdə mənzil seçimində bərabər hüquqa malik olacaqlar”.

Qeyd edək ki, güzəştli mənzillər ilə bağlı qeydiyyat mayın 30-dan başlayıb.


Xəbər lenti