“LUKoil” şirkətinin 10 illik strategiyası hazırlanarkən yaxın üç ildə neftin bir barel üçün qiymətin 60 dollardan artıq olmayacağına istiqamət götürülüb.
Mynews.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Vahid Ələkbərov iyunun 1-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forum çərçivəsində TASS-a verdiyi müsahibəsində bildirib.
“Biz yaxın üç ildə 60 dollardan yuxarı astronomik rəqəmlər görmürük, çünki enerji qoruyan texnologiyalar, alternativ energetika və qeyri-ənənəvi yataqlar yetərincə effektiv və fəal şəkildə inkişaf edir”, - Vahid Ələkbərov bəyan edib.
Onun sözlərinə görə, 55-60 dollar həcmində stabil qiymət strateji dövrdə şirkəti qane edir. Bununla yanaşı, o, çatışmazlığı nəzərə alaraq gələcəkdə neftin qiymətinin arta biləcəyini ehtimal edir.
2017-ci ilin yanvar ayında Ələkbərov birinci yarım illikdə neftin qiymətinin bir barel üçün 50-60 dollar olacağına dair proqnoz vermişdi.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub