2017-ci il iyunun 1-dək "Şahdəniz-1" layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə Gürcüstana 6,3 mlrd., Türkiyəyə isə 46,5 mlrd. kubmetrdən çox qaz nəql olunub.
Mynews.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən Xəzər neft-qaz konfransında deyib.
O bildirib ki, hazırda hər gün Gürcüstana orta hesabla 2,3 mln., Türkiyəyə 18,5 mln. kubmetr qaz ötürülür.
Məlum olub ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz kondensat yatağından işlənmənin əvvəlindən indiyədək ümumilikdə 83 mlrd. kubmetr qaz və 21 mln. ton kondensat hasil olunub.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub