Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin 1 barelinin qiyməti 1,39 dollar və yaxud 2,68% azalıb.
Mynews.az xəbər verir ki, “AzeriLight” markalı neftin qiyməti 50,52 dollar/barelə bərabər olub.
Xatırladaq ki, “AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.