Sosial evlərə müraciət etmək üçün elektron kabinet yaradılmasına ehtiyac var.
Mynews.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bildirib.
Onun fikrincə, sosial evlərə müraciət etmək üçün elektron müraciət və elektron kabinet yaradılmasına ehtiyac var: “Birinci mərhələ qeydiyyat mexanizmidir. Vətəndaşlarımız elektron qeydiyyatdan keçməklə elektron kabinet yarada bilərlər. Mənzil İnşaatı üzrə Dövlət Agentliyi (MİDA) 5 gün ərzində müraciətlərə baxır və müraciətçi ilə öz qeydlərini bölüşür. Eyni zamanda elektron kabinetin qəbul edilib-edilməməsi ilə bağlı qərar verir. Bu sosial mənzilin alınması ilə bağlı qərarın verilməsi anlamına gəlmir”.
O bildirib ki, ikinci mərhələdə MİDA müraciət edənlərə mənzili seçmək və müraciət etməklə bağlı sorğu göndəriləcək. Həmin sorğuya vətəndaşın tez cavab verməsi önəmlidir. Yəni ilk müraciət, ilk mənzil deməkdir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub