“SOCAR-KPŞ” MMC ləğv olunduğunu elan edib.
Mynews.az xəbər verir ki, bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.
Bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, S.Rütəm küçəsi 18 ünvanına bildirə bilərlər.
Məlumat üçün qeyd edək ki, “SOCAR-KPŞ” SOCAR-ın törəməsidir. Şirkətin saytında yer alan məlumatda deyilir ki, onun yaradılmasında məqsəd, neft-qaz sənayesi sektorunda Azərbaycan neftçilərinin hərtərəfli təcrübəsindən istifadə edərək müasir idarəetmə metodları və elm-texnikanın ən son nailiyyətlərini birləşdirməklə işlərin yerinə yetirilməsinə qadir olan bir təşkilatın yaradılmasıdır. O da vurğulanıb ki, “SOCAR-KPŞ” MMC Azərbaycanın neft-qaz və kimya sənayesi obyektlərində bir sıra layihələr həyata keçirib.
Bu arada, SOCAR həm də yeni şirkət yaradıb.“SOCAR IT” MMC adlanan şirkət dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Əhmədov Vüsal Mehman oğludur. MMC-nin nizamnamə kapitalı 50 min manat təşkil edir.Şirkətin hüquqi ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 113.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub