Azərbaycan Nazirlər Kabineti “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə, könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”da dəyişiklik edib.
Mynews.az “Report”a istinadən xəbər verir ki, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Dəyişikliyə əsasən, müavinət bundan sonra müavinət alan şəxsin arzusu ilə onun və ya müvafiq qaydada etibarnamə verilmiş şəxsin Azərbaycanda fəaliyyət göstərən bankdakı hesabına köçürülür.
Xatırladaq ki, indiyə qədər müavinət alan şəxsin arzusu ilə müavinət onun Azərbaycan bankında şəxsi hesabına köçürülə və müvafiq qaydada etibarnamə verilmiş şəxsə verilə bilərdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub