“Azmərtəbəli, qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililər sökülərək onların yerində yeni yaşayış binalarının tikilməsi "Pilot layihə"si çərçivəsində Səbail, Nərimanov, Nəsimi, Xətai, Nizami, Suraxanı və Yasamal rayonlarında planlaşdırma layihələri komitə tərəfindən razılaşdırılmış 254 yüksəkmərtəbəli yaşayış və qeyri-yaşayış tikililərindən artıq 45-nin tikintisinə (əsasən də nöqtəvari tipli tikinti kimi) başlanılıb”.
Mynews.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov “Pilot layihə”lərin həyata keçirilməsi ilə bağlı Bakı şəhərinin 9 rayonunun İcra Hakimiyyəti nümayəndələrinin, layihə institutları və aparıcı layihə təşkilatlarının mütəxəssislərinin iştirakı ilə keçirilən iclasında çıxışı zamanı bildirib.
O deyib ki, tikinti işləri gedən 45 obyektin sahəsinin planlaşma həlli üçün 60 hektar ərazi nəzərdə tutulub: “Tikintisi başa çatdıqdan sonra burada yaşıllıq sahələri, istirahət və idman meydançaları, avtomobil dayanacaqları və piyada yolları, mühəndis kommunikasiyaları və qurğuları ilə təmin olunmuş, abadlaşdırılmış həyəti olan yaşayış kompleksləri yaranmalıdır”.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub