Ukraynanın Vinnitsa vilayətində Fransanın məşhur kosmetika şirkətinin Azərbaycan nümayəndəliyinin, azərbaycanlı iş adamına məxsus mal və avadanlıqdan ibarət ağır tonnajlı yükün olduğu yük maşını oğurlanıb.
Mynews.az “Report”a istinadən xəbər verir ki, Fransadan gətirilən yük ötən həftə Ukraynaya daxil olan kimi bu ölkəyə məxsus yük maşınına yüklənərək Odessa istiqamətinə yola salınıb. Yükün transferini həyata keçirən Sergey Kolesniçenko bildirib ki, növbəti gündən maşının sürücüsü ilə əlaqə kəsilib. İki gün sonra isə naməlum nömrədən ona gələn zənglə bildiriblər ki, yük ələ keçirilib.
S.Kolesniçenko şirkətin vəkili ilə birgə hüquq-mühafizə orqanlarına müraciət etdiklərini, lakin hələlik heç bir nəticəyə nail olunmadığını bildirib. Onun sözlərinə görə, yükün ümumi dəyəri 70 min avrodur.
Araşdırma aparıldığından kosmetika şirkəti adının açıqlanmasını istəməyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub