“Son 5 il ərzində ölkəmizdə 350-dək peşə standartı hazırlanıb və işəgötürənlərin istifadəsinə verilib”.
Mynews.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Əmək Konfransının Cenevrə şəhərində (İsveçrə Konfederasiyası) keçirilən 106-cı sessiyasında çıxışında bildirib.
O qeyd edib ki, son on ildə orta aylıq əmək haqqı 3,3, pensiya isə 4,7 dəfə artırılıb. Ölkədə yoxsulluğun səviyyəsi 6 faizdən, işsizliyin səviyyəsi isə 5 faizdən aşağı enib, 1,6 milyondan çox yeni iş yeri açılıb. Gənclərin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son 5 il ərzində 15-29 yaşda gənclər arasında işsizlik səviyyəsi 11,8%-dən 9,4%-ədək azalıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub