Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib.
Mynews.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq bir daha bildiririk ki, Biləcəri-Keşlə mənzilinin tək yolunda aparılan təmir işləri, 27,5 kV dəyişən cərəyanlı kontakt şəbəkəsi asqısının dəyişdirilməsi üçün kontakt şəbəkəsindən İMB və uzununa 10 kV xətlərindən gərginliyin tam çıxarılması, torpaqlanması ilə əlaqədar olaraq, 11.06.2017-ci ildən 25.06.2017-ci ilədək - on dörd gün müddətində Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib.
Qeyd edək ki, hər şənbə, bazar və bayram günləri Sumqayıtdan saat 7-00-da, Bakıdan isə saat 8-30-da yola düşən 6002/6001, Sumqayıtdan saat 7-20-də, Bakıdan isə saat 9-00-da yola düşən 6004/6003 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.
Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca, www.ady.az saytından əldə edə bilərsiniz.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub