Neft Fondunun Rusiyadakı əmlakının icarəsindən gəliri azalıb

671
Neft Fondunun Rusiyadakı əmlakının icarəsindən gəliri azalıb

2016-cı ilin sonuna ARDNF-nin daşınmaz əmlak portfeli London, Paris, Moskva, Seul, Tokio və Milan şəhərlərində yerləşən 6 aktivdən ibarət olub.

Mynews.az xəbər verir ki, 2016-cı il üçün qeyd olunan aktivlər üzrə icarə gəlirləri 100,956 min manat olub. Bu da 2015-ci ildə əldə olunan gəlirlərdən 39,579 min manat çoxdur. 

Ötən il üzrə icarə gəlirləri aşağıdakı kimidir:

• London 78 Seynt Ceyms küçəsi – 9 650 084 ingilis funt sterlinqi;
• Paris Vendom Meydanı 8 - 5 860 555 avro;
• Moskva Tverskaya 16 (Qalereya Aktyor binası) – 250 606 000 rubl;
• Seul, Payn Avenyu Tauer A –30 992 844 997 Koreya vonu;
• Tokio, Kirarito Ginza – 1 977 659 392 yapon yeni;
• Milan, Palazzo Turati –3 072 527 avro.

2016-cı ildə Qalereya Aktyor binasının ticarət mərkəzi hissəsinin yenidən qurulması prosesi davam edib. Yenidənqurma işləri nəticəsində icarə gəlirlərindəki azalmaları və kapital xərclərindəki artımı nəzərə alaraq, 2016-cı ildə xalis gəlirlilik 2015-ci ilə nisbətən aşağı olub.

2016-cı ilin sonunda portfeldə yer alan aktivlər müstəqil qiymətləndirmə şirkətləri tərəfindən qiymətləndirilib. Qiymətləndirmənin nəticələri və qiymətləndirici şirkətlər aşağıdakı kimidir:

• London 78 Seynt Ceyms küçəsi. “Knight Frank LLP” - 190 315 000 ingilis funt sterlinqi;
• Paris Vendom Meydanı 8. “BNP Paribas Real Estate” -175 000 000 avro;.
• Moskva Tverskaya 16 (Qalereya Aktyor binası). “Cushman & Wakefield”- 4 973 000 000 rubl;
• Seul, Payn Avenyu Tauer A. “Kyungil Appraisal” - 496 350 000 000 Koreya vonu;
• Tokio, Kirarito Ginza. “Daiwa Real Estate Appraisal” – 54 100 000 000 yapon yeni;
• Milan, Palazzo Turati. “CBRE.”- 99 000 000 avro.

Qeyd edək ki, fondun investiyia siyasətinə dəyişiklik nəticəsində daşınmaz əmlakın payı 5%-dən 10%-ə yüksəldib. 

Xəbər lenti