Bu gün Bakı vaxtı ilə saat 22:00-da ABŞ Mərkəzi Bankının (Federal Ehtiyat Sistemi) iclası keçiriləcək.
Mynews.az “Bloomberg”ə istinadən xəbər verir ki, FES aşağı işsizlik və yavaş irəliləyən inflyasiya rəqəmləri ilə üz-üzə qalıb.
Lakin bununla belə bu gün sona çatacaq iki günlük toplantıda uçot faizinin artırılması gözlənilir. Maliyyə bazarlarında Amerika Bankının uçot faiz dərəcəsinin yuxarı sərhədini 1.00%-dən 1.25%-ə kimi artıracağı proqnozlaşdırılır.
Qeyd edək ki, iclasdan əvvəl qızılın qiyməti yüksəlməyə başlayıb. Spot qızıl 0.2 faiz dəyər qazanaraq unsiyası 1,269.52 dollar olub. Əvəzində dolların məzənnəsi zəifləyib.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub